Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO
25 Okt 2023 16:47

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri, Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyasının həmsədri xanım Anupriya Patel ilə görüşüb.

Azərbaycan və Hindistan arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat-tranzit, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də qarşılıqlı investisiya qoyuluşlarına dair imkanlar diqqətə çatdırılıb.

Tərəflər hər iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın genişləndirilməsi və iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıblar.

14:26

Azərbaycanla Hindistan arasında nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Hindistanın ticarət və sənaye üzrə dövlət naziri Anupriya Patel ilə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.